Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal iqtisadiyyat fakültəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar tələbələr arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda intellektual oyun keçirilib.
Fakültənin dekanı dosent Elman Cəfərov intellektual oyunların əhəmiyyətindən danışıb. O, tələbələri bu sahədə fəal olmağa çağırıb.
Yarışda ixtisaslar və qruplar üzrə 18 komanda öz bilik və bacarıqlarını sınayıb.
Gərgin və maraqlı keçən yarışda komandalar təqdim edilən sualları cavablandırıb.
Yarışda informasiya texnologiyaları ixtisası üzrə təhsil alan 578-3 saylı qrupun “İntellegent” komandası qalib olub. “İnformasiya təhlükəsizliyi 580” komandası isə II yerə layiq görülüb.
Tehsil-press.az