İqtisad Universitetinin “SABAH” tələbələrinin məqaləsi beynəlxalq jurnalda dərc olunub

İqtisad Universitetinin “SABAH” tələbələrinin məqaləsi beynəlxalq jurnalda dərc olunub Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “SABAH” Mərkəzinin müəlliminin və tələbələrinin məqaləsi beynəlxalq konfransın jurnalında dərc olunub.
“SABAH”ın mühasibat uçotu və audit ixtisasında təhsil alan 4-cü kurs tələbələri Günel Rüstəmli, Murad Namazov, Nəzrin Həsənzadə, Yusif Hüseynov və mərkəzin müəllimi Aygün Abdulovanın birgə məqaləsi Birləşmiş Krallığın Brayton şəhərində IV beynəlxalq elmi-praktik konfransın jurnalında dərc olunub.
Məqalədə Ələt Azad İqtisadi Zonasının və qonşu ölkələrin azad iqtisadi zonalarının cari vəziyyəti və perspektivləri araşdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər