Muzey əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub

Muzey əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya elmi-fond şöbəsinin böyük elmi işçisi, dosent Tural Şiriyevin “Orta əsrlərdə Azərbaycan müsəlman mədəniyyətində ictimai-dini tikililərin rolu” adlı məqaləsi “Tarixin sualları” (“Voprosı istorii”) jurnalında (Moskva, 2020, № 2, s. 267-274) dərc olunub.
Məqalədə orta əsrlər Azərbaycanında müsəlman ənənələrinə xas olan üslubda inşa edilmiş abidələr - məscidlər, mədrəsələr, xatirə kompleksləri və türbələr haqqında məlumat verilib, onların ölkənin mədəni, maarif və siyasi həyatında oynadığı mühüm roldan bəhs edilib.

Tehsil-press.az

Oxşar xəbərlər