UNEC müəllimlərinin məqaləsi beynəlxalq jurnalda dərc edilib

UNEC müəllimlərinin məqaləsi beynəlxalq jurnalda dərc edilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimlərinin elmi araşdırmaları Böyük Britaniyanın “International journal of advanced computer science and applications” jurnalında dərc olunub.
“İnformasiya texnologiyalarının insan resurslarının səmərəliliyinə təsiri: Azərbaycan timsalında (“Impact of Information Technologies on HR Effectiveness: A Case of Azerbaijan”) mövzusunda elmi araşdırma UNEC “SABAH” mərkəzinin rəhbəri və Rəqəmsal iqtisadiyyat kafedrasının dosenti Aida Quliyeva, baş müəllim Ülviyyə Rzayeva və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Aygün Abdulovanın həmmüəllifliyi ilə yazılıb.
Müəlliflər müasir dövrdə insan resurslarının idarə olunmasında informasiya texnologiyalarının müsbət və mənfi təsirlərini təhlil edərək nəticələr çıxarıblar.
Qeyd edək ki, jurnalın impakt faktoru 3-dür və beynəlxalq elmi reytinq sıralamasında yer alır.

Tehsil-press.az

Oxşar xəbərlər