UNEC-in “SABAH” qrupları elmi tədqiqat sahəsində bir çox uğurlara imza atıblar

UNEC-in “SABAH” qrupları elmi tədqiqat sahəsində bir çox uğurlara imza atıblar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “SABAH” qrupları 2019/2020-ci tədris ilində elmi tədqiqat sahəsində bir çox uğurlara imza atıblar.
Bu dövrdə “SABAH”ın müəllimlərinin elmi araşdırmaları Böyük Britaniyanın “International journal of advanced computer science and applications” jurnalında dərc olunub.
Elmi araşdırma “SABAH” mərkəzinin rəhbəri və rəqəmsal iqtisadiyyat kafedrasının dosenti Aida Quliyeva, baş müəllim Ülviyyə Rzayeva və Beynəlxalq magistratura və doktorantura mərkəzinin İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Aygün Abdulovanın həmmüəllifliyi ilə yazılıb.
“İnformasiya texnologiyalarının insan resurslarının səmərəliliyinə təsiri: Azərbaycan timsalında ("Impact of Information Technologies on HR Effectiveness: A Case of Azerbaijan”) adlanan elmi məqalənin müəllifləri müasir dövrdə insan resurslarının idarə olunmasında informasiya texnologiyalarının müsbət və mənfi təsirlərini təhlil ediblər.
Qeyd edək ki, jurnalın impakt faktoru 3-dür və beynəlxalq elmi reytinq sıralamasında yer alır.

Tehsil-press.az

Oxşar xəbərlər