Azərbaycan aliminin məqaləsi “Web of Science” bazasına daxil olan jurnalda dərc edilib

Azərbaycan aliminin məqaləsi “Web of Science” bazasına daxil olan jurnalda dərc edilib Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Mustafayevanın “Azərbaycan-Türkiyə ədəbi əlaqələri: sovet dövründən müstəqilliyə” məqaləsi Braziliyada nəşr edilən və “Web of Science” bazasına daxil olan “Laplage em Revista (International)” jurnalında dərc edilib.
Zəngin mənbə və ədəbiyyat əsasında yazılan məqalədə Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin keçdiyi yol araşdırılıb və elmi-nəzəri ümumiləşdirmələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər