Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları - Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədova və Filologiya fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi Sevda Abuzərli “Erasmus +” layihəsi çərçivəsində Serbiyanın Belqrad Universitetində ezamiyyətdə olublar.
Ezamiyyət müddətində universitetin əməkdaşları professor Ema Milykoviç, Filologiya fakültəsinin dekan müavini Dalibor Sokoloviç, “Erasmus +” layihəsinin kordinatoru Milena Sikaniç ilə birgə dəyirmi masada iştirak ediblər.
Ş.Şahməmmədova ADU-nun fakültələri və struktur bölmələri, müəllim və tələbə tərkibi, ixtisasları haqqında geniş məlumat verib. Belqrad Universitetinin daxili və xarici qiymətləndirilməsi, akkreditasiya prosesi, ümumiyyətlə, universitetdə keyfiyyətin təmin olunması məsələləri ilə bağlı müzakirələr aparılıb. ADU–da Serb dili və mədəniyyəti mərkəzinin fəaliyyət göstərdiyi qeyd edilib.
ADU-nun əməkdaşları Filologiya fakültəsinin müəllimlərinin dərslərində iştirak ediblər.
S.Abuzərli təyin olunmuş qruplarda Azərbaycan ədəbiyyatına, Azərbaycan və Serbiya ədəbi əlaqələrinə həsr olunmuş dərslər təşkil edib. Dərs zamanı serb yazıçısı Milorad Paviçin Azərbaycan dilinə tərcümə olunmuş “Xəzər lüğəti” əsəri nümayiş olunub. Həmçinin serb yazıçısı Branislav Nuşiçin “Nazirin xanımı” əsərinin Azərbaycan səhnəsində tamaşaya qoyulması haqqında məlumat verilib. Azərbaycan milli rəqsləri ilə maraqlanan tələbələr üçün dərsdənkənar tədbir təşkil olunub.
Belqrad Universitetində yerləşən Azərbaycan dili və mədəniyyəti mərkəzinin işi ilə yaxından tanış olan əməkdaşlar mərkəzə Azərbaycan mədəniyyətini özündə əks etdirən süvenirlər hədiyyə ediblər. Onlar, həmçinin yazıçı, diplomat, Nobel mükafatı laureatı İvo Andriçin ev-muzeyini, təhsil və etnoqrafiya muzeylərini də ziyarət ediblər.
Tehsil-press.az