18 may 2018-ci il tarixində Belqrad Universitetində yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”ndə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin əməkdaşları, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və üzvləri, Belqrad Universitetinin müəllim və tələbə heyəti iştirak ediblər.
“Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin direktoru, Azərbaycan Dillər Universitetinin dosenti Lalə Məcidova tədbiri açaraq, bu il Müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin tamam olduğunu qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu bildirib və dövlət başçımızın digər Sərəncamına əsasən ölkəmizdə və xaricdə bu münasibətlə həyata keçirilən silsilə tədbirlər barədə məlumat verib.
Belqrad Universitetinin Filologiya Fakültəsinin dekanı professor Liliyana Markoviç Belqrad Universitetində “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin açılmasından, eləcə də bu günlərdə Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyətli Mərkəzi”nin fəaliyyətə başlayacağından məmnunluğunu ifadə edərək, hər iki Mərkəzin yaradılmasına göstərdikləri dəstəyə görə Azərbaycan və Serbiyanın dövlət başçıları cənab İlham Əliyevə və Aleksandar Vuçiçə təşəkkürünü bildirmiş, Mərkəzləri iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Belqrad Universitetinin Şərqşünaslıq Kafedrasının direktoru professor Ancelka Mitroviç təmsil etdiyi təhsil ocağında Şərq dillərinin tədrisindən bəhs edib, bu səpkidə yeni yaradılmış “Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi”nin Serbiya ictimaiyyəti tərəfindən maraqla qarşılandığını, Belqrad Universitetinin tələbələrinə xalqımızın tarixi, dili və zəngin adət-ənənələri tanış olmasına şərait yaradacağına əmin olduğunu söyləyib.
Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Zərifə Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışaraq, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin dəstəyi ilə Mərkəz tərəfindən həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.
Belqrad Universitetinin professoru, şərqşünas Ema Milkoviç Şərq və Qərbin qovşağında yerləşən Azərbaycanın tarixən çoxmillətli və müxtəlif dinlərin çulğalaşdığı bir məkan kimi malik olduğu zəngin multikulturalizm ənənələrindən bəhs edib.
Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyinin müşaviri Cavanşir Məcidov öz çıxışında Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və elan edilməsi, həmin dövrdə ölkəmizdə cərəyan edən hadisələr, milli dövlətimizin hələ yüz il bundan qabaq, hətta bir çox Qərb ölkələrindən əvvəl demokratik dəyərləri bəyan etdiyini, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir vətəndaşına bərabər hüquqlar, qadınlara səsvermə və təhsil almaq hüququ verdiyini vurğulayıb. O, bugünkü Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, onun bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri bu gün də yaşatdığına diqqət çəkib.
Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü Esma Sirbubalo 10 may 2018-ci il tarixində Belqrad Milli Teatrının Simfonik Orkestri və Azərbaycanın tanınmış musiqiçiləri – xalq artisti, tarzən Ramiz Quliyev, əməkdar artistlər, dirijor Eyyub Quliyev və opera ifaçısı, soprano Afaq Abbasovanın iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Belqradda keçirilmiş konsert proqramı haqqında təəssüratları ilə bölüşmüşdür.
Sonra tədbir iştirakçıları “Bir kərə yüksələn bayraq, bir daha enməz” adlı filmə baxmışlar.

ADU-nun Mətbuat Xidməti