Serbiyanın aparıcı elm və təhsil ocaqlarından biri olan Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzində Azərbaycan dilinin tədrisinə başlanılıb. Seçmə fənn kimi tədris olunan Azərbaycan dili dərsində 25-dən çox iştirakçı arasında yalnız universitet tələbələri deyil, həmçinin Azərbaycan dilinə maraq göstərən digər millətdən olan (Çin, Yaponiya və s.) tələbələr də iştirak edirlər.
Dərslər mərkəzin rəhbəri, Novi Sad İncəsənət Universitetinin professoru Zərifə Əlizadə və Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə doktorantı Günel Babanlı tərəfindən aparılır.
Belqrad Universitetində Azərbaycan dili fənnini tədris edən mütəxəssislər ADU-nun dilçi alimləri tərəfindən təlimatlandırılıb, proqram və dərsliklərlə təchiz olunublar. Dərs proqramına əsasən, tələbələrə yalnız qrammatik qaydalar öyrədilmir, onlarla gündəlik həyatın müxtəlif sahələrində rast gəlinən mövzularda müzakirələr aparılır. Bundan başqa, Belqrad Universitetinin professoru, türkoloq alim Ema Milkoviç iki universitet arasında mövcud imkanları tələbələrin diqqətinə çatdırıb.
Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdullanın təşəbbüsü və Azərbaycanın Serbiyadakı səfirliyinin birbaşa dəstəyi ilə 2018-ci il aprelin 26-da fəaliyyətə başlayıb.
Qeyd edək ki, oktyabrın 26-da Xalq yazıçısı Çingiz Abdullayevin 60 illik yubileyi münasibətilə onun yaradıcılığına həsr olunmuş simpozium və serb dilində nəşr edilmiş “İngilis bulvarı” kitabının təqdimat mərasimi Belqrad Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilib.
Tehsil-press.az