Şahin Seyidzadə: “SABAH” layihəsi özünü doğruldur

Şahin Seyidzadə: “SABAH” layihəsi özünü doğruldur Təhsil Nazirliyi “SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının tələbələri ilə görüşüb.
Görüşdə bu ali məktəbin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva universitetin “SABAH” qruplarında təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən danışıb.
“SABAH” qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə bu il məzun olacaq tələbələrin uğurlarına istinad edərək “SABAH” layihəsinin özünü doğrultduğunu vurğulayıb.
Eyni zamanda, dekabrın 23-də keçiriləcək xaricdə təhsil sərgisinin əhəmiyyəti diqqətə çatdırılıb.

Kəmalə Rəhimli


Oxşar xəbərlər