Ali Attestasiya Komissiyası: 15 elm sahəsi üzrə iddiaçılara diplom və attestatlar təqdim olunub

Ali Attestasiya Komissiyası: 15 elm sahəsi üzrə iddiaçılara diplom və attestatlar təqdim olunub Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 15 elm sahəsi üzrə elmi dərəcə və elmi ad almış 64 iddiaçıya diplomlar və attestatların, xarici ölkədə verilən elmi dərəcə haqqında sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələrin təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
İqtisad elmləri, texnika, riyaziyyat, mexanika, tibb elmləri, kimya, aqrar elmlər, tarix, fəlsəfə, sənətşünaslıq, filologiya və yer elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilən 35 iddiaçıya fəlsəfə doktoru diplomları təqdim edilib. Filologiya, pedaqogika, tibb və iqtisad elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edən və AAK tərəfindən elmi dərəcə verilən 5 iddiaçı elmlər doktoru diplomunu alıb. Almaniya Federativ Respublikasında fəlsəfə, Türkiyədə tarix və Rusiyada tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilən 3 iddiaçıya müvafiq sənədin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Filologiya elmləri sahəsində müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, Azərbaycan dili, türk dilləri, Azərbaycan ədəbiyyatı və folklorşünaslıq ixtisasları üzrə 8 iddiaçıya, tibb elmləri sahəsində daxili xəstəliklər, stomatologiya, mamalıq və ginekologiya ixtisasları üzrə 3 iddiaçıya dosent attestatı verilib. Eyni zamanda texnika elmləri sahəsində sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (kompüter mühəndisliyi üzrə) və gəmiqayırma və gəmi təmiri texnologiyası ixtisasları üzrə 2 iddiaçıya, sənətşünaslıq sahəsində musiqi sənəti və teatr sənəti ixtisasları üzrə 2 iddiaçıya, aqrar elmlər sahəsində parazitologiya, biologiya elmləri sahəsində farmakologiya, klinik farmakologiya, tarix sahəsində Vətən tarixi, iqtisad elmləri sahəsində iqtisadi fəaliyyət növləri ixtisaslarının hər biri üzrə 1 iddiaçıya da dosent attestatları təqdim olunub. Siyasi elmlər sahəsində dövlət idarəçiliyi və siyasi nəzəriyyə ixtisasları üzrə 2 iddiaçı professor attestatı alıb.

Tehsil-press.az


Oxşar xəbərlər