Ali Attestasiya Komissiyası: 11 elm sahəsi üzrə 26 nəfərə diplom, attestat və şəhadətnamələr verilib

Ali Attestasiya Komissiyası: 11 elm sahəsi üzrə 26 nəfərə diplom, attestat və şəhadətnamələr verilib Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad almış iddiaçılara diplom və attestatların, xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim edilib.
Tədbirdə 11 elm sahəsi üzrə 26 nəfərə diplom, attestat və şəhadətnamələr verilib.
İqtisad, aqrar, riyaziyyat, tibb, biologiya, pedaqogika və filologiya elmləri üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə etmiş və AAK tərəfindən elmi dərəcə verilmiş 15 iddiaçı fəlsəfə doktoru diplomları, ABŞ-ın Ostin Texas Universitetində texnika elmləri və Türkiyə Respublikasının Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmiş 2 iddiaçı isə müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə alıb.
Tibb elmləri sahəsində daxili xəstəliklər ixtisası üzrə 4, biologiya elmləri sahəsində botanika və mikrobiologiya ixtisasları üzrə 2, kimya elmləri sahəsində makromolekullar kimyası ixtisası üzrə 1, psixologiya elmləri sahəsində pedaqoji psixologiya ixtisası üzrə 1 və filologiya elmləri sahəsində müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə 1 iddiaçıya dosent attestatları təqdim edilib.

Tehsil-press.az


Oxşar xəbərlər