İddiaçılara diplomlar, attestatlar və şəhadətnamələr təqdim olunub

İddiaçılara diplomlar, attestatlar və şəhadətnamələr təqdim olunub Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) elmi dərəcə və elmi ad alan iddiaçılara diplom və attestatlar, xarici ölkələrdə verilən elmi dərəcə haqqında sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamələr təqdim olunub.
Karantin rejimi qaydalarına əməl olunmaqla təşkil olunan tədbirdə komissiyanın sədri Famil Mustafayev kimya, iqtisad və yer elmləri üzrə elmlər doktoru dissertasiyalarını müdafiə edən və AAK tərəfindən elmi dərəcə verilən 3 iddiaçıya elmlər doktoru diplomlarını təqdim edib. Eyni zamanda, kimya və sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyalarını müdafiə edən və AAK tərəfindən elmi dərəcə verilən 4 iddiaçıya fəlsəfə doktoru diplomları, eləcə də xarici ölkələrdə fizika və tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilən 3 iddiaçıya müvafiq sənədlərin nostrifikasiyası əsasında tanınması barədə şəhadətnamə verilib.
Tədbirdə geomorfologiya ixtisası üzrə professor elmi adı almış bir iddiaçıya professor attestatı, Konstitusiya hüququ, bələdiyyə hüququ, cinayət hüququ və kriminologiya, cəza-icra hüququ, Vətən tarixi ixtisasları üzrə dosent elmi adına layiq görülmüş 3 iddiaçıya dosent attestatları təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər