Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib

Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, Aqrar və Tibb Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilib.
İclası Problem Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq şuranın botanika və bioloji ehtiyatlar, tibb və aqrar elmlər üzrə seksiyalarında çoxsaylı dissertasiya mövzularının müzakirə olunduğunu bildirib.
Sonra şuranın elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayevaya iclasın gündəliyi barədə məlumat verib. O, ümumilikdə 27 işin, o cümlədən botanika və bioloji ehtiyatlar seksiyası üzrə 7, tibb və aqrar elmlər seksiyalarının hər biri üzrə isə 10 dissertasiya mövzusunun müzakirəyə çıxarıldığını diqqətə çatdırıb.
Tədbirdə seksiya iclaslarının protokolları təqdim olunub, bəzi dissertasiya işlərinin adında qismən dəyişikliklərin edilməsi ilə bağlı tövsiyələr səsləndirilib. Müzakirələrdə tibb üzrə seksiyanın elmi katibi, tibb elmləri doktoru, professor Rasim Cəfərli, Problem Şurasının sədr müavini, aqrar elmlər doktoru Mustafa Mustafayev və başqaları çıxış ediblər.
İclasda hər bir dissertasiya mövzusu üzrə müvafiq qərarlar qəbul olunub.

Tehsil-press.az


Oxşar xəbərlər