Vilnüsdə uşaqlı analar Ukraynaya dəstək nümayiş etdiriblər. Müstəqillik meydanından Katedral meydanınadək həlak olan uşaqların və onların analarının xatirəsinə yürüş təşkil edilib.
Yüzə yaxın yürüş istirakşısı Ukrayna bayrağının sancıldığı uşaq arabaları ilə küçəboyu hərəkət ediblər. Onlar Ukraynadakı müharibə ilə bağlı narahatlıqlarını və kədərlərini nümayiş etdiriblər.
“Hər gün Ukraynada uşaqların ölməsi Litvadakı anaları məyus edir. Onlara görə çox üzülürük və biz ukraynalı analarla birgə olduğumuzu nümayiş etdirmək üçün toplaşmışıq. Biz balaca tabutları xatırladan ukrayna bayraqları sancılmış uşaq arabalarını sürürük. İstəyirik ki, bütün dünyada analar gözlərini açıb düşünsünlər ki, əgər soyuq yerdə hərəkətsiz uzanan bu uşaq mənim körpəm olsaydı, necə olardı? Ey dünya anaları, gözlərinizi açın! Axı analar hər şeyə qadirdilər”, − deyə iki uşaq anası nümayişçi Yeva Matuzene söyləyib.
Y.Matuzena qeyd edib ki, son məlumatlara görə, Ukraynada davam edən münaqişə zamanı 167 uşaq həlak olub, 279 uşaq isə yaralanıb.
Tehsil-press.az