Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün təlimlər keçirilir

Ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər üçün təlimlər keçirilir Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün təlimlər keçirir.
Bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi və peşə etikasıdır. Təlimlərdə spiker qismində institutun əməkdaşları çıxış edirlər.
Təlimləri uğurla bitirən şəxslərə Təhsil İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq.
Aprelin 6-dan başlanan təlimlər 4 həftə davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər