Cari tədris ilində pedaqoji və inzibati-idarəetmə sahəsində çalışan 3 min 20 nəfər üçün təlimlər keçirilib.
İlin sonuna qədər bu rəqəmin 3 min 690-a çatdırılması nəzərdə tutulur.
Təlimlər əsasən, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə savadlılığın artırılması, tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan, interaktiv lövhələrdən istifadə, müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi istiqamətləri üzrə aparılıb.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il təhsil sisteminin pedaqoji və inzibati-idarəetmə heyəti üçün İKT üzrə təlimlər keçirilir. 2014-2017-ci illər ərzində Bakı şəhəri üzrə 12 min 345 nəfər, 34 rayon üzrə isə ümumilikdə 7 min 448 nəfər üçün İKT və fənlər üzrə müxtəlif məzmunlu təlimlər təşkil olunub. Yerli və beynəlxalq standartları əhatə edən təlim proqramları pedaqoji və inzibati-idarəetmə heyətinin nəzəri və praktik bacarıqlarının artırılmasına, informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişlərin formalaşmasına müsbət təsir edib.
Tehsil-press.az