AzTU tələbələrinin texnologiya təlimlərində iştirakı üçün sonuncu imtahan keçirilib

AzTU tələbələrinin texnologiya təlimlərində iştirakı üçün sonuncu imtahan keçirilib Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları və Energetika və avtomatika fakültələrinin bakalavr və magistrant tələbələrinin “Cisco CCNA v7” və “Big data” mövzuları üzrə təlimlərdə iştirakı üçün imtahan keçirilib.
Təlimlər “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC (STDC) tərəfindən təşkil edilir.
İmtahanın gedişinə AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının, Karyera və Məşğulluq Mərkəzinin, həmçinin “STDC”nin məsul şəxsləri nəzarət edib.
Nəticələr yaxın günlərdə elan olunduqdan sonra seçilmiş namizədlər təlimlərə cəlb olunacaq.
Təlimlər AzTU ilə STDC arasında əməkdaşlıq çərçivəsində keçirilir.

Tehsil-press.az


Oxşar xəbərlər