Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı ilə “Keyfiyyətin Təminatı və Öyrətmə - Öyrənmə Mərkəzi üçün kadr hazırlığı” mövzusunda keçirilən təlimlər yekunlaşıb.
3 gün davam edən təlimlər Çankaya Universitetinin dekanı, professor Buket Akkoyunlu və Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) konsultantı Salih Bardakçı tərəfindən aparılıb. Təlimlərdə AzTU-nun müxtəlif fakültələrinin professor-müəllim heyəti və müvafiq şöbələrin əməkdaşları iştirak edib.
Təlimlərin sonuncu günü AzTU-nun rektoru Vilayət Vəliyev iştirakçılarla görüşüb. Qeyd edib ki, universitetin professor-müəllim heyətinin bilik və bacarıqlarının artırılması istiqamətində təşkil olunan təlimlər mütəmadi olaraq davam etdiriləcək.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.
Tehsil-press.az