Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə Azərbaycan Texniki Universitetində (AzTU) 2020/2021-ci tədris ili üzrə tələbə qəbulu üçün 2160 plan yeri ayrılıb. Bunlardan 1960 yer Azərbaycan, 185 yer rus, 15 yer isə ingilis bölməsi üzrədir.
Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında I qrup üzrə 27, II qrup üzrə 6 ixtisas təqdim olunur.
Universitetə qəbul olunan abituriyentlər müvafiq ixtisaslar üzrə Nəqliyyat və logistika, Energetika, Elektrotexnika və avtomatika, Metallurgiya və materialşünaslıq, Maşınqayırma və robototexnika, İnformasiya və telekommunikasiya texnologiyaları və Xüsusi texnika və texnologiya fakültələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil alacaqlar.
Qeyd edək ki, AzTU Azərbaycanda müdafiə sənayesi sahəsi üçün kadr hazırlayan yeganə universitetdir.

Tehsil-press.az

Oxşar xəbərlər