Kiyev vilayətində xilasedicilər son sutka ərzində mindən çox partlayıcı zərərsizləşdirib.
Bu barədə Kiyev Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleksandr Pavlyuk teleqram səhifəsində bildirib.
Onun sözlərinə görə, aprelin 9-da xilasedicilər rayon ərazisində 58,87 hektar əraziyə, 52 infrastruktur obyektinə, 33 elektrik xəttinə və 2 kilometr qaz xəttinə baxış keçirib.
Minatəmizləmə işləri nəticəsində 1141 partlayıcı maddə zərərsizləşdirilib.
Ümumilikdə, bütün iş müddətində mütəxəssislər 10 566 partlayıcı obyekti zərərsizləşdiriblər.
Kiyev vilayətində minalardan təmizləmə işləri davam edir.
Tehsil-press.az