Kiyev Dövlət İnfrastruktur Universitetini bu il 46 azərbaycanlı bitirib

Kiyev Dövlət İnfrastruktur Universitetini bu il 46 azərbaycanlı bitirib Kiyev Dövlət İnfrastruktur Universitetində təhsil alan azərbaycanlıların diplomlarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, təhsili bitirmiş azərbaycanlı tələbələr, yerli KİV nümayəndələri iştirak ediblər.
Kiyev Dövlət İnfrastruktur Universitetinin işçısı, soydaşımız, təhsil məsələləri üzrə ekspert Nəsib Alicanov tədbirdə çıxış edərək bildirib ki, bu il universiteti 46 azərbaycanlı bitirərək diplom alıb. Onların hər birinə uğurlar arzulayan N.Alicanov bildirib ki, azərbaycanlı məzunlar aldıqları bilik və savadlarını Azərbaycanın inkişafı üçün sərf edəcəklər.
Tədbirdə digər çıxış edənlər də azərbaycanlı məzunlara müvəffəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, hazırda Kiyev Dövlət İnfrastruktur Universitetində 153 azərbaycanlı tələbə təhsil alır. Ümumilikdə Ukrayna ali təhsil ocaqlarında 7 min azərbaycanlı təhsil alır.

Tehsil-press.az


Oxşar xəbərlər