Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün aprelin 10-da keçirilmiş test imtahanının nəticələri ilə bağlı apellyasiya prosesi təşkil ediləcək.
Imtahanın nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 12-14-də saat 14:00-dan 17:00-dək DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, 299 ünvanında yerləşən binasında fəaliyyət göstərəcək.
Xatırladaq ki, aprelin 10-da keçirilmiş imtahanın nəticələri bu gün açıqlanıb. İmtahanda 2063 nəfər iştirak edib. BA1 altqrupu üzrə 16 nəfər, BA2 altqrupu üzrə 22 nəfər, BA3 altqrupu üzrə 56 nəfər, BA4 altqrupu üzrə 69 nəfər, BB1 altqrupu üzrə 93, BB2 altqrupu üzrə 116, BB3 altqrupu üzrə 175, BB4 altqrupu üzrə 235 nəfər olmaqla, ümumilikdə 782 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Tehsil-press.az