İnzibati icraçı vəzifələr üzrə test imtahanında 525 namizəd uğur qazanıb

İnzibati icraçı vəzifələr üzrə test imtahanında 525 namizəd uğur qazanıb İnzibati vəzifələrin B növünə aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul olmaq üçün fevralın 13-də keçirilən test imtahanında 1650 nəfər iştirak edib.
İmtahanın nəticələrinə əsasən, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 26 nəfər, BA4 altqrupu üzrə 54 nəfər, BB1 altqrupu üzrə 37 nəfər, BB2 altqrupu üzrə 70 nəfər, BB3 altqrupu üzrə 135 nəfər, BB4 altqrupu üzrə 184 nəfər olmaqla, ümumilikdə 525 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Xatırladaq ki, imtahanın nəticələri bu gün saat 15:40-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər