Avropa Komissiyası ekspertlərinin iştirakı ilə Azərbaycanın alim və mütəxəssisləri üçün COST (Elm və Texnologiyada Avropa Əməkdaşlığı) fəaliyyəti üzrə onlayn məlumat günü keçirilib.
AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri dosent Esmira Əlirzayeva Azərbaycanın alim və mütəxəssislərinin “Horizon” Avropa Tədqiqat və İnnovasiya Proqramının imkanlarından istifadə göstəricilərinin yüksəldilməsi məqsədilə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin tərkibinin yeniləndiyini bildirib. Şəbəkə üzvlərinin fəaliyyət istiqamətlərinin “Horizon” Avropa klasterlərinə uyğun müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, yeni tərkibə AMEA ilə yanaşı, Azərbaycanın müvafiq dövlət qurumlarından beynəlxalq layihələr üzrə təcrübəli alim və mütəxəssislərin daxil edildiyini deyib.
Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov azərbaycanlı mütəxəssislərin 2008-ci ildən bu proqramda iştirak göstəricilərini, son illərdə bu istiqamətdə fəaliyyət üzrə müsbət dinamikanın müşahidə edildiyini, iştirak edən təşkilat və mütəxəssislərin sayında nəzərəçarpan artım olduğunu qeyd edib. O, həmçinin mövcud problemlər, onların həlli yolları haqqında məlumat verib, azərbaycanlı alim və mütəxəssisləri proqramda daha fəal iştiraka çağırıb.
COST Assosiasiyasında Qlobal şəbəkələşmə üzrə rəhbər Katalin Alföldi “Horizon” Avropa Proqramı çərçivəsində COST Fəaliyyəti istiqamətində yeniliklər və proqramın üstünlükləri haqqında məlumat verib.
Assosiasiyanın elm üzrə məsul mütəxəssisi İnqa Dadeşidze “COST fəaliyyəti nədir və Azərbaycandan bu fəaliyyətdə necə iştirak etmək olar” mövzusunda təqdimatla çıxış edərək, Azərbaycanın müxtəlif təşkilatları və mütəxəssisləri üçün bu proqramda mövcud imkanları diqqətə çatdırıb, proqrama müraciət yollarını izah edib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin II Uşaq Xəstəlikləri kafedrasında assistent tibb üzrə fəlsəfə doktoru Püstə Orucova COST layihəsində iştirak təcrübələrini bölüşüblər. Bildirilib ki, bu, Azərbaycan alimləri və tədqiqatçılarının Avropa elm və tədqiqat platformasına daxil olması üçün əhəmiyyətli vasitədir. Proqram Avropa və Azərbaycanın tədqiqat müəssisələri arasında tərəfdaşlığın gücləndirilməsinə və Azərbaycan tədqiqatçılarının elmi potensialı haqqında məlumatlılığın genişləndirilməsinə geniş imkan yaradır.
Məruzələr ətrafında suallar cavablandırılıb.
Tehsil-press.az