Aprelin 25-də saat 12:00-da “Pandemiya şəraitində “Horizon 2020”: Tibbi araşdırmalar” mövzusunda vebinar keçiriləcək. Vebinarın “Skype” vasitəsilə təşkili planlaşdırılır. Tədbirdə “Horizon 2020” proqramı üzrə milli əlaqələndirici şəxslər tərəfindən mövcud vəziyyət, yeni çağırışlar və layihə imkanları barədə məlumat veriləcək. Tədbirin proqramına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov “COVID-19 və elmi əməkdaşlıq layihələri üçün imkanlar”, Azərbaycan Tibb Universitetinin dosenti Rəhimə Qabulova “Horizon 2020” çərçivəsində “Səhiyyə, demoqrafik dəyişikliklər və rifah” sahəsində layihə imkanları”, Milli Onkologiya Mərkəzinin Nüvə təbabəti bölməsinin rəhbəri Fuad Novruzov “Ağciyərlərin COVID-19 bənzəri iltihabında Pozitron Emissiya Tomoqrafiya və kompüter tomoqrafiyasının əhəmiyyəti: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatorluğunda” mövzularında məruzələrlə çıxış edəcəklər. Vebinarda, həmçinin Azərbaycan Milli Antidopinq Agentliyinin Elm şöbəsinin müdiri İlham Hümbətov tərəfindən “Azərbaycanda elmin inkişafı üçün COST proqramı çərçivəsində imkanlar”, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov tərəfindən “COVID-19 üzrə Mari Sklodovska-Küri proqramı çərçivəsində layihə imkanları” mövzusunda məruzələr təqdim olunacaq. Vebinara qoşulmaq istəyənlər aprelin 23-ü saat 16:00-a kimi qeydiyyatdan keçməlidir.
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə [email protected] ünvanı vasitəsilə müraciət etmək olar.
Tehsil-press.az
Əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə [email protected] ünvanı vasitəsilə müraciət etmək olar.
Tehsil-press.az