Dünya Bankı Gürcüstanın iqtisadi inkişaf proqnozlarını 2,5 faizə endirib

Dünya Bankı Gürcüstanın iqtisadi inkişaf proqnozlarını 2,5 faizə endirib Ukrayna ətrafında yaranmış böhran nəticəsində Gürcüstanın xarici ticarət dövriyyəsi, turizmi, pul köçürmələri zəifləyəcək. Bu amillər, eləcə də dünyada xammalın qiymətlərinin artımı Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək.
Bu barədə Dünya Bankının (DB) Gürcüstanla bağlı yaydığı məlumatda bildirilib.
Qeyd olunur ki, sadalanan amillər Gürcüstanın iqtisadi inkişaf sürətini azaldacaq. Buna görə də cari ildə ölkənin iqtisadi artımı ilə bağlı əvvəlcədən nəzərdə tutulmuş 5,5 faizlik inkişaf proqnozu 2,5 faizə endirilir.
Dünya Bankının hazırladığı məlumatda deyilir ki, müharibə başlayandan dərhal sonra neftin və ərzaq məhsullarının qiyməti kəskin artıb. Həmçinin Rusiyadan və Ukraynadan alınan malların daşınmasında da müəyyən gecikmələr yaranıb. Bütün bunlar Gürcüstanın iqtisadi inkişaf proqnozlarını endirməyə əsas verib.
Bununla belə, DB hesab edir ki, 2023-cü ildə Gürcüstanda vəziyyət yaxşılığa doğru dəyişəcək və iqtisadiyyat sürətlə inkişaf edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər