Ukrayna MDB-nin daha üç sazişindən çıxdı

Ukrayna MDB-nin daha üç sazişindən çıxdı Ukrayna MDB ölkələri çərçivəsində imzalanan daha üç sazişdən çıxıb.
Müvafiq qərar bu gün Ukrayna hökumətinin Nazirlər Kabineti tərəfindən verilib. Qərara əsasən MDB dövlətlərinin sərhəd qoşunları üçün hərbi kadrların hazırlanması və ixtisasartırma təhsili, mədəniyyət sahəsində əməkdaşlıq, habelə MDB üzvlərinin Mədəni Əməkdaşlıq Şurasının yaradılması barədə Ukraynaya dair sazişlərə xitam verilib.
Xatırladaq ki, 2014-cü ilin fevralında Ukraynadakı dövlət çevrilişindən sonra ölkənin yeni rəhbərliyi MDB-dən ayrılma prosesinə başlandığını elan etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər