Rumıniya tufan təhlükəsi ilə üzləşir

Rumıniya tufan təhlükəsi ilə üzləşir Rumıniyanın şimal, şimal-qərb və cənub hissələrində güclü küləklər səbəbindən ölkənin on bölgəsində artan tufan təhlükəsi kodu elan edilib.
Sinoptiklər ən əlverişsiz vəziyyətin Bakau, Braila, Qalatsi, Suçava, Tulça, Vrancea və İaşi əyalətlərində olacağını proqnozlaşdırırlar. Bu ərazilərdə küləyin sürətinin saatda 70-150 kilometr olacağı gözlənilir. Artıq rayon rəhbərliyi yerli sakinlərə müraciət edərək, onları uzaq məsafələrə mümkün qədər getməməyə, həmçinin park və meydanlarda gəzməkdən çəkinməyə çağırıb. Tufan xəbərdarlığı bu il aprelin 14-dək qüvvədə olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər