Bolqarıstanda tibb işçilərinin kütləvi tətili başlayıb

Bolqarıstanda tibb işçilərinin kütləvi tətili başlayıb Bolqarıstanın Sofiya, Varna, Burqas və digər iri şəhərlərində tibb işçilərinin tətili başlayıb.
Ən böyük aksiyalar paytaxt Sofiyada keçirilir. Onlarla nümayişçi “Səhiyyədə xaosa yox!” plakatları ilə Həkimlərin Təkmilləşdirmə İnstitutunun binası yaxınlığında toplaşıb. Polis nümayişi dağıtmaq üçün tədbir görmür. Rəsmi məlumata görə, tədbir iştirakçılarının əsas tələbləri əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması və yeni sosial təminatlar sisteminin tətbiqidir. Tibb işçilərinin həmkarlar ittifaqının sədri Krasimir Mitovun sözlərinə görə, hakimiyyət fəalların tələblərinə məhəl qoymasa, etirazlar ümummilli xarakter alacaq.

Tehsil-press.az

Oxşar xəbərlər