İspaniyada 12 mindən çox tibb işçisi koronavirusa yoluxub

İspaniyada 12 mindən çox tibb işçisi koronavirusa yoluxub İspaniyada koronavirusa yoluxanların 14 faizini tibb işçiləri təşkil edir.
Bu barədə İspaniyanın Səhiyyə Nazirliyinin fövqəladə vəziyyətlər üzrə kordinasiya mərkəzinin nümayəndəsi Mariya Xose Sierra açıqlama verib.
“Bu günə qədər 12 mindən çox həkimdə yoluxma faktı təsdiqlənib. Daha doğrusu, səhər saatlarında aldığımız məlumata görə, 12,298 tibb işçisinin koronavirus testi pozitiv nəticələnib”,- deyə o, onlayn keçirilən mətbuat konfransında bildirib.
Eyni zamanda, Səhiyyə Nazirliyinin nümayəndəsi xəstə tibb işçilərinin böyük əksəriyyətinin (85-90%) öz evlərində qaldığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər