Bakıda həkim potensialı böyük olan xəstəxanalarda çalışan tibb işçilərinin bölgələrdə həkim çatışmazlığı olan xəstəxanalara təhkim edilməsi planı var.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov “Tibbi sığorta saatı”nda “Səhiyyədə dövlət-özəl sektor əməkdaşlığı” mövzusunda sualları cavablandırarkən deyib.
O qeyd edib ki, sözügedən planla bağlı əməkhaqqı qaydalarında da yeni yanaşma, həmin həkimlərə fiks ödənişlər nəzərdə tutulub.
“Təhkimolunan həkimin qalma və kommunal xərcləri Agentlik tərəfindən ödəniləcək. Bundan əlavə, xaricdə təhsil alan peşəkar həkimlərin də sistemə cəlbi üçün yeni işlər aparılır. Yeni qaydalar təsdiq olunmaq mərhələsindədir. Türkiyədə təhsil alan 10-dan çox mütəxəssis dövlət tibb müəssisələrində işə başlayıb. Bölgələrdə hansı ixtisas çatışmırsa, onun araşdırması aparılır, bununla bağlı müvafiq köməklik göstəriləcək”, - deyə o bildirib.
Tehsil-press.az