BDU-da aqrar sektorda investisiya siyasəti və onun regional fərqləri araşdırılıb

BDU-da aqrar sektorda investisiya siyasəti və onun regional fərqləri araşdırılıb Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində İqtisadi və sosial coğrafiya kafedrasının müəllimi Nuranə Əliyeva tərəfindən “Sahibkarlığın aqrar sektorunda investisiya siyasəti və onun regional fərqləri” mövzusunda elmi seminar olub.
Seminarda fakültənin dekanı dosent Şəkər Məmmədova mövzunun əhəmiyyətini diqqətə çatdırıb.
N.Əliyeva çıxışında aqrar sektorda sahibkarlığın inkişafı və qida təhlükəsizliyinin təmin olunması üçün kənd təsərrüfatına investisiya qoyuluşunun həcminin artırılmasının əhəmiyyətindən danışıb. O, aqrar sektorda innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sığortanın inkişaf etdirilməsi, sığorta hadisələri reyestrinin hazırlanması, sığorta savadlılığının artırılmasının vacibliyini qeyd edib. Torpaq və sudan səmərəli istifadə üçün yeni texnologiyaların tətbiqinin əhəmiyyəti vurğulanıb.
Məruzədə investisiyaların daha çox aqrokimyəvi laboratoriyalar, toxum və gübrə istehsalı istiqamətlərinə yönəldilməsinin məhsul artımına səbəb olacağı qeyd edilib, xarici investorların cəlb olunması üçün investisiya xəritələrinin yaradılması, aqrar məhsulların beynəlxalq miqyasda təbliğinin önəmi diqqətə çatdırılıb.
Sonra suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər