Təhsil İnstitutu doktorantura və dissertanturaya sənəd qəbulunda iştirak etmək istəyən iddiaçılar üçün “Açıq qapı” günü keçirib.
Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri professor Hümeyir Əhmədov sənəd qəbulu barədə iddiaçılara ümumi məlumat verib.
Həmin şöbənin əməkdaşı Aynur Əlimuradova 2022-ci il üçün nəzərdə tutulan doktorantura və dissertanturaya onlayn müraciət qaydaları ilə bağlı təlimatları izah edib, sənəd qəbulu prosesində iddiaçıların üzləşdiyi problemlərin həlli ilə bağlı istiqamətlər verib, ən çox verilən suallar və onların cavablarından ibarət təqdimatla çıxış edib.
Sonda isə iddiaçıları maraqlandıran suallar cavablandırılıb.
Tehsil-press.az