Biofizika İnstitutunda “Açıq qapı” günü təşkil olunub

Biofizika İnstitutunda “Açıq qapı” günü təşkil olunub Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda Elm Günü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunub.
“Açıq qapı” günündə 20 nömrəli məktəb-liseyin təlim-tədris işləri üzrə direktor müavini Mətanət Əhmədovanın rəhbərliyi ilə məktəbin 9-10-cu sinif şagirdləri Biofizika İnstitutunu ziyarət ediblər. Görüşün təşkil olunmasında əsas məqsəd şagirdlərin biofizika sahəsində dünyagörüşünün formalaşdırılması, onlarda biofizika elminə marağın artırılması olub. Görüş zamanı institutun gənc alim və mütəxəssisləri tərəfindən şagirdlərə elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Şagirdlər institutun laboratoriyalarını gəzib buradakı müasir avadanlıqlarla aparılan tədqiqat işləri, onların praktiki əhəmiyyəti və tətbiq perspektivləri barədə məlumatlandırılıblar. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər