AzTU ilə “Caspian Energy Club” qrupunun əməkdaşlığı davam etdirilir

AzTU ilə “Caspian Energy Club” qrupunun əməkdaşlığı davam etdirilir Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Caspian Energy Club”ın əməkdaşlığı davam etdirilir.
Əməkdaşlıq çərçivəsində “Caspian Energy Club”ın üzvü olan “AzTugem” MMC-nin əməkdaşları Nəqliyyat və logistika fakültəsinin tələbələrinə təlim keçib.
Təlim zamanı tələbələrin “AzTugem” MMC-də işə qəbulu ilə bağlı bütün prosedur qaydaları izah olunub. Qeyd olunub ki, şirkət əməkdaşları universitet tələbələri üçün təlimləri mütəmadi davam etdirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər