UFAZ-da tələbə klublarının sərgisi keçirilib

UFAZ-da tələbə klublarının sərgisi keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbə klublarının sərgisi olub.
Sərgidə müxtəlif klublar - “Music Club”, “Art Club”, “Chess Club”, “Ecological-Environmental Club”, “Calisthenics/SW Club”, “UFAZMUN”, “Developer Students Club”, “Sport Club”, “Earth Science Club”, “Intellectual Games Club” maraqlanan tələbələrə öz fəaliyyətləri, üzvlük şərtləri, növbəti aylar üzrə planları və tədbirləri ilə bağlı məlumat veriblər.
UFAZ tələbə klublarının əsas məqsədi tələbələrin dərsdən kənar saatlarını universitetdə daha maraqlı etmək, müxtəlif ideya və dəyərləri bölüşən gənclərə fikir mübadiləsi aparmaq üçün imkanlar yaratmaqdan ibarətdir.
UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Yelizaveta Bıdanova tədbirdə iştirak edərək gənclərin fəaliyyətləri ilə tanış olublar.
Sonra tədbirlərdə könüllülük fəaliyyəti ilə seçilən tələbələrə sertifikat və hədiyyələr təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər