Azərbaycan Texniki Universitetində (AzTU) orta və kiçik biznes sahibkarları öz ətrafında birləşdirən “WE Club" işgüzarlar klubunun təşkilatçılığı ilə magistrant və doktorantlarla sahibkarların görüşü keçirilib.
Görüşdə prorektor Xalıq Yahudov universitetin fakültələri və ixtisasları barədə məlumat verib.
“WE Club”un fəxri üzvü, Milli Məclisin deputatı Rüfət Quliyev bu görüşlərin artıq silsilə xarakter aldığını bildirib. O qeyd edib ki, "WE Club”un himayəsi ilə görüşlərin keçirilməsində məqsəd elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələri öz sahələri üzrə işlə təmin etməkdir.
Tədbirdə çıxış edən sahibkarlar AzTU-nun magistr və doktorantlarına müəssisələrində təcrübə keçmələrini təklif ediblər və müvəffəqiyyət qazananların işlə təmin olunacağını bildiriblər.
Tehsil-press.az