AzTU: “Conversation Club”ın növbəti tədbiri motivasiya və təşviq mövzusuna həsr edilib

AzTU: “Conversation Club”ın növbəti tədbiri motivasiya və təşviq mövzusuna həsr edilib Azərbaycan Texniki Universitetində (AzTU) müəllim və tələbələrin iştirakı ilə “Motivasiya və təşviq” mövzusunda “Conversation Club” təşkil edilib.
Görüş universitetin Dil mərkəzi və Tələbələrlə və abituriyentlərlə işin təşkili sektorunun birgə təşəbbüsü ilə reallaşıb.
Söhbət zamanı Dil mərkəzinin müdiri Ərəb Tinayev ingilis dilində gündəlik həyatda ən çox istifadə olunan söz və ifadələri, həmçinin digər faydalı məlumatları iştirakçıların diqqətinə çatdırıb. Bildirilib ki, belə görüşlərin mütəmadi keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Conversation Club”da iştirak ödənişsizdir.

Tehsil-press.az



Oxşar xəbərlər