AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Ədəbiyyat Muzeyində olublar

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Ədəbiyyat Muzeyində olublar AMEA Gənc Alim və Mütəxəssislər Şurasının yeni layihəsi əsasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar “Mədəniyyət həftəsi” keçirilib. AMEA-nın elmi müəssisə və təşkilatlarının Gənc Alim və Mütəxəssislər Şuralarının üzvləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.
Muzeyin zəngin ekspozisiya zalları ilə tanış olan gənc alimləri İctimaiyyətlə əlaqələr və mətbuat şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu müşayiət edib. O, qonaqlara muzeyin müxtəlif eksponatları, xatirə əşyaları və s. haqqında ətraflı məlumat verib. Şura üzvləri Azərbaycan ədəbiyyatını əks etdirən zallar, eksponatlar ətrafında sual və fikirlərini səsləndiriblər.
Daha sonra gənc alimlər muzeyin baş direktoru akademik Rafael Hüseynovla görüşüblər. Görüş zamanı akademik Rafael Hüseynov günümüzün elmlə bağlı olan qlobal problemlərindən söhbət açaraq gənc tədqiqatçılara tövsiyələrini verib, onlara hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.
Sonda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev muzey gəzintisi haqqında təəssüratlarını bölüşüb, belə tədbirlərin davamlı olmasını arzulayıb.

Tehsil-press.az


Oxşar xəbərlər