Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının onlayn konfransı təşkil edilib

Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının onlayn konfransı təşkil edilib AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurası üzvlərinin iştirakı ilə onlayn konfrans keçirilib.
Konfransda muzeyin 100 illiyi ilə bağlı bir sıra onlayn silsilə tədbirlərin keçirilməsi barədə müzakirələr aparılıb, Azərbaycan mədəniyyəti ilə bağlı təbliğat xarakterli tədbirlərin keçirilməsi barədə qərar qəbul edilib.
Şura sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova bu kimi silsilə onlayn tədbirlərin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən muzeylər, müxtəlif folklor, mədəniyyət evləri ilə birgə həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
Şura üzvlərindən muzeyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov da muzeyin xarici əlaqələrinin genişləndirilməsi istiqamətində təkliflərini verib və bununla bağlı gələcək planları açıqlayıb.
Sonda muzeyin gələcək fəaliyyəti istiqamətində şura üzvləri təklif və tövsiyələrini veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər