AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 Mart – Beynəlxalq qadınlar gününə həsr edilmiş tədbir keçirilib. İnstitutun Qadınlar Şurası, Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü ilə təşkil olunmuş toplantını elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov açıb. O, İnstitutun elmi fəaliyyətində qadınların rolunu yüksək qiymətləndirərək, onların böyük zəhmət hesabına ərsəyə gətirdikləri əsərlərdən, kitablardan bəhs edib.
İnstitutunun Qadınlar Şurasının sədr müavini Firəngiz Hüseynova Azərbaycan elm tarixini fundamental araşdırmaları ilə zənginləşdirən qadın alimlərimizin adlarını sadalayaraq onların həyat və fəaliyyətləri haqqında ətraflı söhbət açıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə görkəmli ədəbiyyat nümayəndələrimizin yaradıcılığına istinad edərək ölkənin istər ictimai, istərsə də elmi mühitində qadınların önəmli rolunu vurğulayıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva məruzəsində tədbirdə iştirak edən xanımları təbrik etmiş, gənc alimlərin elmi nailiyyətlər əldə etməsində yaxından kömək edən qadın mütəxəssislərə təşəkkürünü bildirib. İştirakçılar tədbirin sonunda xatirə şəkli çəkdiriblər.
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsi