AMEA İnformasiya Texnologiyaları İnstitutunda vaxtilə çalışmış, hazırda fəaliyyətini xarici ölkələrdə davam etdirən gənc əməkdaşlarla onlayn görüş keçirilib.
Görüşdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib ki, rəhbərlik etdiyi elmi müəssisənin Gənc alim və mütəxəssislər şurasının təşəbbüsü ilə reallaşan görüşün əsas məqsədi həmin gənclərlə əlaqələr qurmaq, onların əldə etdikləri nailiyyətlərlə tanış olmaq və birgə əməkdaşlıq imkanlarını müzakirə etməkdir.
Sonra institutun öz fəaliyyətini xaricdə davam etdirən bir qrup əməkdaşı çıxış edərək təhsil aldıqları ali məktəb və çalışdıqları elmi mərkəzlər haqqında məlumat veriblər.
Daha sonra çıxışlar ətrafında müzakirələr aparılıb.
Müzakirələrdə iştirak edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru Ramiz Alquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev, baş mühəndis, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov belə bir təşəbbüsün həyata keçirilməsini yüksək qiymətləndiriblər. Xarici ölkələrdə təhsil alan və çalışan gənclərin institutun müvafiq şöbələri ilə sıx əməkdaşlıq etmələrinin məqsədəuyğun olduğunu, bu istiqamətdə lazımi dəstəyi göstərməyə hazır olduqlarını qeyd ediblər, həmçinin bir sıra təkliflər irəli sürüblər.
Sonda çıxış edən akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun intellektual Azərbaycan gəncinin formalaşmasında hər zaman maraqlı olduğunu vurğulayıb, bu kimi görüşlərin mütəmadi olaraq təşkilinin məqsədəuyğun olduğunu bildirib.
Akademik gənclərin fəaliyyətini yüksək qiymətləndirərək onlara daha fəal olmağı, Azərbaycan, eləcə də institut ilə münasibətləri və elmi əlaqələri inkişaf etdirməyi tövsiyə edib.
Tehsil-press.az