Haitidə təyyarənin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb

Haitidə təyyarənin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb Haitinin paytaxtı Port-o-Prinsdə təyyarənin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Hadisə təyyarə paytaxtdan ölkənin cənub-şərqindəki Jakmel liman şəhərinə gedərkən baş verib.
Təyyarənin pilotu qəza zamanı ağır yaralanıb, daha sonra xəstəxanada dünyasını dəyişib.
Haitinin Mülki Aviasiya İdarəsinin verdiyi məlumata görə, təyyarə yerə enməzdən 20 dəqiqə əvvəl təhlükə siqnalı göndərib.

Tehsil-press.az


Oxşar xəbərlər