Bu vaxtadək İtaliya ərazisinə 100 minədək ukraynalı qaçqın daxil olub.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkəyə ümumilikdə 99 min 788 Ukrayna vətəndaşı gəlib. Onlardan 51 min 593-ü qadın, 12 min 307-si kişi və 35 min 888-i isə yetkinlik yaşına çatmayanlardır.
Ukrayna vətəndaşlarının 95 min 244-ü birbaşa sərhəddən, 4544-ü isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib.
Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.
Tehsil-press.az