Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə yenidən aktiv edilmiş ərizə qəbulu prosesi davam edir.
Aprelin 25-də saat 15:45-ə olan məlumata görə, 99 min 47 nəfər (Azərbaycan bölməsi - 90 min 690 nəfər, rus bölməsi - 8 min 357 nəfər) ərizəsini təsdiqlədib.
Xatırladaq ki, qeydiyyat daha əvvəl martın 4-17-də aparılıb. Dövlət İmtahan Mərkəzinə daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi aprelin 6-dan yenidən aktiv edilib. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər aprelin 25-dək elektron ərizə qəbulunda iştirak edə bilərlər.
-Bu il buraxılış imtahanı vermiş, lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən cari ilin məzunları;
-Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 4-17-də ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları. Bu abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə bilərlər.
Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
Qeyd: Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlər çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron-məlumat bazasında əks olunduğu halda qeydiyyatdan keçə bilərlər.
Tehsil-press.az