Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksək intellektli gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri keçirir. İnstitut heyətinin növbəti görüşü Cəlilabad rayonunda olub.
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Elnarə Həsənova bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. O, Aİİ-nin yeni binasının açılış mərasiminə diqqət çəkərək qeyd edib ki, respublikamızın təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb və proses hazırda da davam edir. Bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizdə təhsilin inkişafında əhəmiyyətli rol oynayır.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını, ali təhsil müəssisəsinin yeni binasının açılış mərasimində dövlətimizin başçısının iştirakını buna bariz nümunə kimi göstərib. Diqqətə çatdırılıb ki, institutun yeni binasında tələbələr üçün lazımi şərait yaradılıb.
Prorektor ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, Aİİ-yə qəbul olunmuş abituriyentlər dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaqlar.
İnstitutun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov tələbələrin daha yaxşı təhsili üçün yaradılan şəraitdən söhbət açıb. O, tədris prosesi, fənlər haqqında məlumat verib. Bildirilib ki, institutun kollektivi gənclərin zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən kadrlar kimi yetişməsi istiqamətində səylə çalışır.
Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edib. O, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, mövcud ixtisaslar, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.
Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, müvafiq qurumların nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı nümayiş etdirilib.
Tehsil-press.az