Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ili üzrə ali məktəbə yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərini davam etdirir.
İnstitutun kollektivinin növbəti səfəri Şirvan şəhərinə olub.
Öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.
Şirvan Gənclər Evində təşkil olunan görüşdə Aİİ-nin rektoru Ceyhun Məmmədov institutun məqsədləri, fəaliyyət istiqamətləri və hədəfləri barədə məlumat verib. Rektor ali təhsil müəssisəsində maarifləndirmə işinə xüsusi əhəmiyyət verildiyini, bu məqsədlə mütəmadi olaraq müxtəlif seminarların, dəyirmi masaların təşkil edildiyini söyləyib.
Bildirib ki, müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi genişlənir və dünyada bu sahəyə xüsusi diqqət yetirilir. Ali tədris müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verildiyini vurğulayan Ceyhun Məmmədov dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. Təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin apardığı dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rektor deyib: “Qarşımızda duran vəzifə yüksək mənəviyyata malik savadlı və milli dəyərlərin daşıyıcısı olan vətənpərvər gənclər yetişdirməkdir. Gənc nəsli milli dəyərlərə yad elementlərdən qorumalı, gənclərimizi xalqımızın adət-ənənələrinə, dövlətə və Vətənə sədaqət ruhunda tərbiyə etməliyik”.
İnstitutun ilahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov ali təhsil müəssisəsinin tədris prosesi, keçirilən fənlər, ixtisaslar haqqında məlumat verib. O qeyd edib ki, Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətləri hökm sürür. Tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şəraitdən söhbət açan fakültə dekanı ali təhsil ocağında tələbələrin bilikli, savadlı, intellektli, ən əsası, peşəkar mütəxəssis kimi yetişmələri istiqamətində görülən işlərdən danışıb.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, İlahiyyat İnstitutunu seçən tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını nəzərə çatdırıb.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyəti haqqında materiallar nümayiş etdirilib.
Görüşün sonunda abituriyentlərin sualları cavablandırılıb.

Aİİ-nin Mətbuat Xidməti