Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2019-2020-ci tədris ilində ali təhsil müəssisəsinə yüksək intellektə malik və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici tədbirlərini davam etdirir. İnstitutun növbəti səfəri Quba rayonuna olub.
Quba Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov müasir dövrdə cəmiyyətimizin tələbatına cavab verən təhsil sisteminin inkişafının və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinin bu sahənin yenilənməsinə zəmin yaratdığını qeyd edib.
İnstitut haqqında məlumat verən ilahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev ali təhsil müəssisəsinin Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradıldığını qeyd edib. Kövsər Tağıyev ali məktəbdə tədris prosesi, tələbələrə dəstək xidmətləri, məzunlar üçün iş imkanları haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Aİİ-də qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətləri hökm sürür.
Kövsər Tağıyev tələbələrin daha yaxşı təhsil almaları üçün institutda yaradılan şəraitdən, gənclərin bacarıqlı kadr kimi yetişmələri istiqamətində görülən işlərdən danışıb.
Aİİ-nin dillər və ictimai fənlər kafedrasının müdiri İlkin Əlimuradov tədris olunan fənlər haqqında məlumat verib. O, ali təhsil müəssisəsinin keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malik olduğunu bildirib. Qeyd edib ki, dərslər ingilis və ərəb dillərində sərbəst şəkildə mühazirə oxuya bilən, öz sahələrində dərin biliyə malik alimlər tərəfindən aparılır.
Aİİ-nin magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali məktəbə qəbul prosesinin təşkili, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O vurğulayıb ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. Fidan Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini bildirib.
Sonra abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nümayəndələrinə Aİİ haqqında videoçarx və institutun ictimai fəaliyyəti barədə materiallar nümayiş etdirilib.

Aİİ-nin Mətbuat Xidməti