Mərkəzi Elmi Kitabxana akademik Zərifə Əliyevanın 99 illiyinə həsr olunmuş virtual sərgi təqdim edir

Mərkəzi Elmi Kitabxana akademik Zərifə Əliyevanın 99 illiyinə həsr olunmuş virtual sərgi təqdim edir Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 99 illiyinə həsr olunmuş “Qaranlığa nur saçan zəka” adlı virtual sərgi hazırlayıb.
Sərgidə MEK-in fondlarından Zərifə xanım Əliyevanın müəllifi olduğu “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya” və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, Zərifə Əliyeva və Afət Mollayevanın “Pedaqogika”, “Zərifə Əliyeva. Biblioqrafiya”, Mirkazım Seyidovun “Qaranlığa nur saçan zəka” kitabları nümayiş olunur. Sərgidə, həmçinin “Azərbaycan dünyası” beynəlxalq jurnalının “Qayğıkeş insan, mehriban ana Zərifə Əliyeva” adlı növbəti nömrəsi, R.Bahar Sonamın sənədli materiallar əsasında yazdığı avtobioqrafik “Yanar qəlb...” əsəri, elmi redaktoru Mustafa Topçubaşov olan “Akademik Zərifə xanım Əliyeva. Yüksək əqidə” kitabı, “Zərifə Əliyeva. Azərbaycanın elm və mədəniyyət xadimləri” biblioqrafiyası (1957-2002-ci illər), “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş oftalmologiyanın aktual problemləri” beynəlxalq elmi konfransın materialları və digər nəşrlər nümayiş olunur.
Kitablarda Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, müxtəlif illərdə çap olunmuş monoqrafiyaları, dövri mətbuatda işıq üzü görən məqalələri yer alıb. Sərgilənən nəşrlərdə Azərbaycan tibb elminə parlaq iz qoymuş alimin həyatının əsas tarixləri əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər